Putin: "Karlovun qətli Türkiyə ilə münasibətlərimizə sui-qəsddir"

"Ankaradakı səfirimizin qətlə yetirilməsi həm Rusiyaya, həm də bütövlükdə Türkiyə ilə münasibətlərimizə yönələn sui-qəsddir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri keçirdiyi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin səsləndirib.

 

O, əvvəllər Rusiya təyyarəsinin vurulması ilə bağlı əmrin rəsmi Ankara tərəfindən verilməməsi ilə bağlı deyilənlərə skeptik yanaşdığını etiraf edib və bildirib ki, son baş verənlər fikirlərinin dəyişməsinə səbəb olub: "Lakin indi səfirimizin xüsusi təyinatlı tərəfindən öldürülməsi bu məsələyə yanaşmamın dəyişməsinə səbəb olub. Hesab edirəm ki, destruktiv elementlərin dövlət strukturları və hüquq-mühafizə orqanlarına nüfuz etməsi daha dərin xarakterə malik, planlı bir hadisədir".

 

O, bir daha səfir A.Karlovun qətlinin Türkiyə ilə münasibətlərə xələl gətirməyəcəyini xatırladıb və ölkəsinin ikitərəfli əlaqələrin daha da inkişafı üçün səyləri artıracağını qeyd edib.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da keçirilən sərgidə çıxışı zamanı qətlə yetirilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov