DSX: Məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çiril­ib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək, hərbi hissə və struk­tur qurumların xidməti fəaliyyətini qiymətləndirib.

 

Qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının da­ha yük­sək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının tə­minatı təd­bir­lərinin ardıcıl davamı, dövlət sərhədinin əmə­­liy­yat və texniki yolla mühafizəsinin gücləndi­ril­məsi, bey­nəl­xalq sərhəd əməkdaşlı­ğının genişlən­dirilməsi ilə əla­mət­­dar olub.

 

2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

 

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1  əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib;

 

- xaricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib;

 

- sərhəd reji­mini pozduqlarına görə 13 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb;

 

- 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb;

 

- 2015-ci illə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli