Mənəvi təzminat dəyən ziyanı aradan qaldırırmı?

 

Məhkəmə qərarlarında mənəvi ziyana görə təzminatın ödənilməsi faktlarına rast gəlirik. Mənəvi ziyan nədir, qanunda əksini necə tapıb? Hüquqşünas Bəhruz Bayramov APA TV-yə deyir ki, şəxs şərəf və ləyaqətininin alçaldıldığını məhkəmədə sübut edə bilirsə, özünə dəyən mənəvi ziyanla bağlı təzminat tələb edə bilər: "Mənəvi ziyana görə təzminatın ödənilməsi müxtəlif işlərlə bağlı ola bilər. Cinayət Məcəlləsinin 147, 148-ci maddəsi təhqir və böhtanla bağlıdır".

 

Mənəvi ziyana görə təzminat tələb edən şəxs mənəvi ziyanin əsaslarını göstərməlidir. Həmin şəxsin şərəf və ləyaqəti alcaldilibsa,iş həyatına, nüfuzuna xələl gəlibsə, məhkəməyə müraciət edə bilər. Bəzi hallarda təzminat hesablanarkən təkcə dəyən ziyan yox, olayın psixiliji təsiri də nəzərə alınır. Çünki mənəvi təzyiqə məruz qalmış şəxs ciddi psixoloji sarsıntı  kecirir. Bu zaman psixoloq dəstəyinə böyük ehtiyac duyulur.

Psixoloq Dəyanət Rzayev deyir ki, ona müraciət edənlərin arasında mənəvi ziyan çəkənlərin sayı çox olur. Keçirdiyi sarsıntıya görə ürək- damar sistemi pozulan, mədə-bağırsaq xorasına düçar olan insanlar var: "Sohbət cərimədən puldan getmir ümumiyyətlə siz mənəvi ziyani madiyyatla kompensassiya etdikdə siz də daxildə mənəvi rahatlıq tapırsınız".

 

Mənəvi ziyanla bağlı müraciətlərdə yaş məhdudiyyəti də olur belə ki, əsasən gənc və orta yaş həddində olan şəxslərin müraciəti üstünlük təşkil edir.

Dəyanət Rzayev onu da qeyd edir ki, əsasən müraciətlər ailə-məişət zəminində baş vermiş təhqirlərə və mübahisələrə görə olur.

 

Müəllif | Apa.Tv
Apa.tv