Ucarda bankomat qarət edilib
Ucarda bankomat qarət edilib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Rayonun Qazıqumlaq kəndində yerləşən banklardan birinə məxsus bankomat naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub. Ucar Rayon Polis Şöbəsindən bildiriblər ki, məlum hadisə ilə bağlı hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur . Faktla bağlı araşdırma aparılır.