Türk hərbçiləri 68 İŞİD-çini məhv etdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Türk ordusu Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatının gedişində İŞİD mövqelərinə zərbələr endirib. APA TV-nin məlumatına görə, nəticədə İŞİD-ə məxsus 141 hədəf dağıdılıb, 68 terrorçu məhv edilib.
Məlumat Türkiyə Silahlı Qüvvələri tərəfindən yayılıb.
Bundan əlavə terrorçuların 1 hərbi texnikası, xeyli silah-sursatı və 1 PUA-ı zərərsizləşdirilib.
Son əməliyyat zamanı Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusu iki döyüşçüsünü itirib, 1 müxalif isə yaralanıb.