Gəncədə fəhləni elektrik cərəyanı vurub öldürdü
Gəncədə 26 yaşlı gənci elektrik cərəyanı vurub öldürüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.
Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 26 yaşlı Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də həyata qaytarmaq mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.