Çilidə güclü yeraltı təkanlar - ZƏLZƏLƏ ANI
Çilidə ard-arda iki güclü zəlzələ baş verib.
İlk təkan 5,4, ikinci isə 7,7 bal gücündə qeydə alınıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb. Sahil ərazilərindən 4 min adam təxliyə edilib.
Əvvəlcə Sunami təhlükəsi elan edilsə də sonradan təkzib edilib. Dağıntı və tələfat barədə məlumat verilmir.