Daha bir rus təyyarəsində nasazlıq - MOSKVAYA DÖNDÜ
Moskva-Drezden aviamarşrutu ilə uçan Rusiya Hava Yollarına məxsus sərnişin təyyarəsində nasazlıq yaranıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra "Şeremetyovo" aeroportuna geri dönüb.
Sərnişinlər möhkəm səs-küy eşitdiklərini bildiriblər. Göyərtədə neçə sərnişinin olması barədə məlumat verilməyib.