Göygöldə 26 yaşlı qadın dəm qazından boğuldu
Göygöl şəhərində 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Vəfa Ramiz qızı Zeynalova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.