Cəlilabad sakinindən 11 kq-dan çox narkotik götürüldü
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasovu saxlayıblar.
APA TV-nin məlumatına görə, saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.