"Rosneft"in aparat rəhbərinin meyiti tapıldı
"Rosneft"in aparat rəhbəri Oleq Yerovinkin həyatını itirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, 61 yaşlı O.Yerovinkinin meyiti bu səhər öz avtomobilində aşkarlanıb.
Oleq Yerovinkin 2008-ci ilin mayında o zaman baş nazirin müavini işləyən İqor Seçinin katibliyinə təyin olunub.
"Rosneft" aparat rəhbərinin ölüm faktını təsdiqləyib. Onun infarkt nəticəsində vəfat etdiyi ehtimal olunur. Faktı Federal Təhlükəsizlik Xidmətinin istintaq qrupu araşdırır.