Bakıda güclü külək əsəcək, bölgələrə yağış yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 28-də gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi  ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-nin verilən məlumata görə, havanın temperaturunun gecə 1-4, gündüz 6-8 dərəcə, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

  

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 28-30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli