İsrail 12 ölkə ilə münasibətləri dayandırır

İsrail BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarı imzalayan ölkələrə sanksiya tətbiq etməyə hazırlaşır.

 

APA TV-nin məlumatına görə, İsrailin Qərbi Şəriada saldığı yaşayış yerlərini həmən və tamamilə dayandırmasına yönələn qərar hökumət tərəfindən ciddi narazılıqla qarşılanıb.

 

Diplomatik əlaqələrin olduğu və BMT-nin qərarının altında imzası olan 12 ölkənin səfirləri ilə hər cür iş münasibətlərini təxirə salınacaq.

 

İngiltərə, Fransa, Rusiya, Çin, Yaponiya, Ukrayna, Anqola, Misir, Uruqvay, İspaniya, Seneqal və Yeni Zelandiya ilə əlaqələrinə məhdudiyyət gətirən İsraildə, Netanyahunun bu ölkələrinin xarici işlər nazirləri ilə görüşməyəcəyi və səfirlərinin İsrail xarici işlər nazirliyinə qəbul edilməyəcəyi bildirilib. Eyni zamanda yəhudi nazirlərin bu ölkələrə edəcəyi səfərlərə də məhdudiyyət qoyulub.

 

Bu qərarların İsrailə və digər ölkələrə praktik olaraq hər hansı zərər verməsi gözlənilmir, ancaq İsrail tərəfin qərardan nə qədər qəzəbləndiyini aydın göstərir.

 

Qərarı səsverməyə çıxardan Yeni Zelandiya və Seneqal səfirlərini geri çağıran İsrail aralarında ABŞ səfirinin də olduğu 10 ölkənin səfirini xarici işlər nazirliyinə çağıraraq vəziyyətlə bağlı məlumat verib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı