Bakıda qaz kəmərində baş verən yanğın lokallaşdırıldı
Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın qismən davam edir.
APA TV-nin xəbərinə görə, səhər saat 11:00 radələrində “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün təhlükə yoxdur. Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.