Suriyada şəhid olan türk əsgərlərinin sayı 40-a çatdı

Türkiyənin Suriyanın şimalında keçirdiyi "Fərat qalxanı" hərəkatında yaralanan daha iki hərbçisi şəhid olub.

 

APA TV-nin məlumatına görə, yaralı hərbçilər Kilis Dövlət Xəstəxanasına, daha sonra Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb, lakin onları xilas etmək mümkün olmayıb.

Beləliklə, Türkiyənin Suriyada verdiyi şəhidlərin sayı 40-a çatıb.

 

Bu arada Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında son əməliyyat çərçivəsində İŞİD terror təşkilatına aid 158 hədəfin məhv edildiyi bildirilib, 13 terrorçu öldürülüb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı