Dollar yenə bahalaşdı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının dekabrın 28-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, dolların məzənnəsi bu günlə müqayisədə 0,23% artaraq 1,7662 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dollar 1,7622 manata bərabər olub.