Prezident 2017-ci ilin dövlət büdcəsini təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

APA TV-nin məlumatına görə, ölkə başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 55 milyon manat, xərcləri 16 milyard 900 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri 688 milyon 714 min manat) məbləğində təsdiq edilib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə