Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı paylandı

H. Əliyev Fondu Zaqatalada 3 mindən yuxarı aztəminatlı ailəyə bayram sovqatı paylayıb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə,  fondun təşəbbüsü və təşkilatçılığı ilə dövlətdən sosial müavinət alan aztəminatlı ailələrin bayramları təbrik edilib.

Bayram aksiyası  3054 ailəni əhatə edib. Sovqatlar müxtəlif ərzaq məhsullarından ibarət olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu humanitar addım sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.

Müəllif | Apa.Tv
Vüqar Heydərov