Türkiyə və İranın xarici işlər nazirləri Suriya məsələsini müzakirə etdilər
Türkiyə və İranın xarici işlər nazirləri Suriya danışıqları ilə əlaqədar müzakirə aparıblar. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Cavad Zərif və Mövlud Çavuşoğlu Astana toplantısı öncəsi telefonla danışıblar.
Bundan əlavə türkiyəli diplomatın rusiyalı həmkarı ilə də əlaqə saxladığı deyilir.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan paytaxtında planlaşdırılan görüşdə Suriya məsələsinin yeni müstəvidə müzakirə olunacağını razılaşdırdığını bəyan edib. O qeyd edib ki, bu danışıqlarda Cenevrə danışıqlarındakı nəticələr də müzakirə edilə bilər.