Ərdoğan: "ABŞ İŞİD-ə yardım edir"

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan əllərində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.  

Ərdoğan bu sözləri Türkiyədə səfərdə olan Qana prezidenti ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə