"Bağdadi saqqalını qırxıb, libas dəyişdirib yoldaşlarını öldürdür" - İDDİA
"İŞİD lideri Əbu Bəkr əl-Bağdadi xarici görkəmində dəyişiklik edib". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu iddia Kürd Demoratik Partiyasından irəli sürülüb.
"Bağdadi saqqalını və bığlarını qırxıb, tanınmamaq üçün libas dəyişdirir. Terrorçuların önünə qoyma saqqalla çıxır", - deyə bildirilir.
Bağdadinin terror təşkilatının üzvlərinə məcbur qaldıqda saqqallarını qırxmağa icazə verdiyi deyilir.
Bağdadinin hazırda Baac və Rəqqa arasında bir bölgədə gizləndiyini deyən partiya sözçüsü Səid Məmzuni onun nadir hallarda qaldığı evdən çıxdığını iddia edib.
"O, 15 gün əvvəl Mosula gedib, sonra gizləndiyi yerə qayıdıb. Orada döyüşən terrorçularla görüşüb. Bağdadi yolda özünü heyvan satıcısı kimi təqdim edib", - deyə açıqlamada qeyd olunur.
"Bağdadi saqqalını və bığlarını qırxıb, tanınmamaq üçün libas dəyişdirir. Terrorçuların önünə qoyma saqqalla çıxır", - deyə bildirilir.
Bağdadinin terror təşkilatının üzvlərinə məcbur qaldıqda saqqallarını qırxmağa icazə verdiyi deyilir.
Bağdadinin hazırda Baac və Rəqqa arasında bir bölgədə gizləndiyini deyən partiya sözçüsü Səid Məmzuni onun nadir hallarda qaldığı evdən çıxdığını iddia edib.
İŞİD liderinin yolda onu ələ verəcəyindən şübhələnən 15 nəfəri qətl etdirdiyi deyilir.
"Bağdadinin yeməyinə zəhər qatıblar, bir dəfə isə sui-qəsd hazırlanıb. O, özünə rəqib gördüyü Ömər Şişani və Əbu Məhəmməd Adnanini öldürdüb. Onların ölüm xəbərini Bağdadinin özü koalisiya birliklərinə çatdırıb. Terrorçular hazırda onun uzaqdan-uzağa təlimat verməsindən narazıdır. Onun döyüş bölgəsində olmasını istəyirlər".
Bu arada Mosulda vəziyyətin acınacaqlı olduğu deyilir. Son bir neçə gündə 12 uşağın aclıqdan və baxımsızlıqdan öldüyü bildirilir.