İraq baş nazirindən sürpriz açıqlama: "Türkiyə ilə münasibətlərimiz düzəldi"
İraqın baş naziri Haydar əl-İbadi Türkiyə ilə münasibətlərin düzəldiyini açıqlayıb. APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, hökumət rəhbəri bu açıqlamanı Mosul əməliyyatının gedişi ilə bağlı keçirdiyi mətbuat konfransında verib.
"Terrorçulara qarşı mübarizəmiz davam edir. İŞİD-in qüvvəsi tükənib", - deyə İbadi qeyd edib.
O bildirib ki, İŞİD-in İraqdan təmizlənməsi üçün 3 ay vaxt lazımdır. İbadi deyib ki, İraq ərazisində quru əməliyyatlarında yalnız ölkənin ordusu və ona yardım edən yerli silahlı birliklər iştirak edir.
İbadi Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Haşdi Şabi ilə bağlı açıqlamasına münasibət bildirərək, bunu İraqın daxili işlərinə qarışılması kimi dəyərləndirib.
Vurğulayıb ki, Ər-Riyad bu problemləri İraqı məsələlərə qatmadan həll etsin, çünki rəsmi Bağdadın Səudiyyə Ərəbistanı ilə də münasibətləri ən yüksək səviyyəyə çatdırmaq niyyəti var.