ABŞ: "Ərdoğanın bəyanatı cəfəngiyyatdır"

Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb. APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur.  

“Bu ittiham cəfəngiyatdır”, - deyə  o bildirib.  

Bundan əvvəl Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib. 

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, - deyə Ərdoğan qeyd edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə