Dollar, avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 27-si ilə müqayisədə artaraq 1,7662 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8488 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.


Rusiya rublu və Gürcüstan larisi bahalaşıb, Türkiyə lirəsi isə ucuzlaşıb. Hazırda 1000 rubl 29 manat 10 qəpik, 100 türk lirəsi 50 manat 12 qəpik, 100 gürcü larisi 67 manat 23 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə üç günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv