İmişlidə yaşayış evi yandı

İmişlidə 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında M.Rəsulzadə küçəsi, ev 12-də qeydə alınıb.


Rayon sakini, Elxan Abbasova məxsus ümumi sahəsi 120 kvadratmetr olan evin bir otağı  və içərisindəki əşyalar yanıb. Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı