Türk ordusu Suriyada 44 İŞİD terrorçusunu zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında, Əl Babda 44 İŞİD terrorçusunu zərərsizləşdirib.
APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada "Fərat qalxanı" əməliyyatları çərçivəsində daha 117 terrorçunun yaralandığı deyilir.
İŞİD terrorçularına aid bomba yüklü bir maşın da zərərsizləşdirilib. Döyüşlər zamanı 7 müxalifət döyüşçüsü yaralanıb.
Açıqlamada Əl Babın ələ keçirilməsi istiqamətində aparılan əməliyyatın uğurla davam etdiyi bildirilir. Türkiyə Silahlı Qüvvələri bölgədə yaşayan dinc sakinlərin zərər görməməsi üçün hər cür tədbirlər görür.