Vatikan kardinalı Şəkidə
Vatikan dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərşivəsində Qəbələ və Şəki rayonlarında olublar. APA TV-nin xəbərinə görə, Şəkiyə səfər zamanı qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.
Daha sonra qonaqlar Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Canfranko Ravazi deyib ki, ölkəsinə qayıdan kimi administrasiya başçısına, prezidentə Azərbaycan haqqında bütün təfərrüatları açıqlayacaq: "Burada hər bir görüşdə bizi böyük məhəbbət və sevgi ilə qarşıladılar. Doğrudan bir daha əmin oldum ki, Azərbaycan tolerant bir ölkədir. Ölkənizin ən ucqar bölgəsində xristianlığa aid belə bir tarixi abidənin qorunub saxlanması tarixə verdiyiniz əvəzsiz qiymətdir və buna görə sizlərə minnətdaram".
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kardinala Şəki ilə bağlı xatirə hədiyyələri – ipək xalça, ipək məmulatları, albom və buklet hədiyyə edib.