Bakıda 28 yaşlı gənci qətlə yetirən şəxs tutuldu
Bakının Suraxanı rayonu ərazisində 28 yaşlı gənc qətlə yetirilib.
APA TV-nin məlumata görə, Bülbülə qəsəbəsinin meşəlik deyilən ərazisində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə kirayədə yaşayan 1988-ci il təvəllüdlü Əmirov Elşən Teymur oğlunun meyiti aşkar edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Elşən Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub.