YENƏ AVTOBUS QƏZASI: Biri "Mersedes"i, digəri iki piyadanı əzib keçdi
Bakıda daha iki avtobus yol-nəqliyyat hadisəsi törədib. APA TV-nin xəbərinə görə, hadisə səhər saatlarında, Binəqədi rayonu ərazisində, Xocasən dairəsində qeydə alınıb. “İsuzu” markalı, 90 BU 249 dövlət nömrə nişanlı sərnişin avtobusu “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə bir neçə orta agir bir nəfər isə yüngül xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Bakıda dəhşətli yol qəzası baş verib.
Növbəti hadisə Hövsanda qeydə alınıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, səhər saatlarında Hövsan yolunda 175 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu yolu keçən iki nəfəri – 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.