11 evdən oğurluq edən dəstə ifşa edildi

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhəri ərazisində oğurluq edən əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev saxlanılıb. APA TV-nin məlumatına görə, saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev və Asim Abbasovla birgə bu ilin oktyabrın 22-dən dekabrın 7-dək olan müddətdə şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin adları qeyd edilən üzvləri də saxlanılaraq istintaqa təqdim ediliblər.

 

İlkin dindirmə zamanı saxlanılan şəxslər Sumqayıt şəhəri, eləcə də Corat, Novxanı bağlar massivindəki fərdi yaşayış evlərindən oğurladıqları məişət, təmir-tikinti və qızıl-zinət əşyalarını dəyər-dəyməzinə satdıqlarını, əldə etdikləri pulları isə aralarında böldüklərini bildiriblər.

 

Faktlarla bağlı Sumqayıt ŞPİ-nin  İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv