Ağdamda ikimərtəbəli ev yandı
Ağdamda yaşayış evi yanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində Əliyev Mətləb Cəlal oğluna məxsus ikimərtəbəli evdə qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
FHN yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Ağdam rayonunun Əhmədağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 318 m2 səhədə və bitişik ümumi sahəsi 78 m2 olan talvar yanıb. Evin qalan hissəsi və evə bitişik tövlə yanğından mühafizə olunub. Yanğın söndürülüb.