Avro və rubl bahalaşdı, lari və lirə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 28 dekabr tarixi ilə müqayisədə dəyişməyərək 1,7662 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8467 manatdır.
Rusiya rublu bahalaşıb, lirə və gürcü larisi isə manat qarşısında zəifləyib. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 29 manat 20 qəpik, 100 türk lirəsi 49 manat 93 qəpik, 100 gürcü larisi 66 manat 46 qəpikdir.
Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir.