Dünyanın ən yaşlı erkək pandası öldü
Çinin Siçuan qəsəbəsində dünyanın ən yaşlı erkək pandası ölüb. APA TV-nin xəbərinə görə, “Pan-Pan” ləqəbli pandanın 31 yaşı olub.
Heyvan pandaların müdafiə və araşdırma mərkəzində saxlanılırdı. 2015-ci ilin sentyabrında panda öz 30 illiyində zoobağın əməkdaşlarından buz heykəlini xatırladan tort hədiyyə alıb. Həmin tortu da kök rəngində rəngləyiblər. “Pan-Pan” 130 dəfə ata olub. Bu ilin oktyabrında isə Honq-Konqda dünyanın ən yaşlı dişi pandası 38 yaşında ölmüşdü. “Tzya-Tzya” ləqəbli panda bütün dünyada məşhur idi.
Hazırda dünyada ən yaşlı panda 36 yaşlı “Basa” ləqəbli pandadır. Bir qayda olaraq pandalar 30 ilə qədər yaşayırlar. (Musavat.com)