Mağazaya tək getdiyinə görə qadının başını kəsdilər
Əfqanıstanda ərzaq mağazasına tək gedən qadının başı yerli sakinlər tərəfindən kəsilib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, olay "Taliban" qruplaşmasının nəzarət etdiyi Sar-e-Pur əyalətində baş verib.
Başı kəsilən sakin "Taliban"ın qadınların mağazaya həyat yoldaşları olmadan getməsinə tətbiq etdiyi qadağanı pozub. Bu zaman əks cinsin əli silahlı bir neçə nümayəndəsi onun qarşısını kəsərək qətlə yetirib.
Qeyd edək ki, qruplaşma hadisəyə görə məsuliyyəti artıq öz üzərinə götürüb.