Dollar 1,77 manatı ötdü - HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

 

APA TV-nin məlumatına görə, hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.
 

Qeyd edək ki, Mərkəzi Bank dolların manata nisbətən rəsmi məzənnəsini bu gün üçün 1,7662 səviyyəsində müəyyənləşdirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı