Erməni general qəzaya düşdü

Ermənistanda generalın olduğu avtomobil qəzaya uğrayıb. APA TV-nin erməni saytlarına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İrəvan-Yerasxavan yolunda baş verib.

 

“Lexus” markalı avtomobil hərəkətdə olarkən beton dirəyə çırpılıb. Hadisə nəticəsində xəsarət almış erməni general hospitala yerləşdirilib. Yol polisi hadisə yerinə gələnədək avtomobilin nömrəsi çıxarılıb.

 

Avtomobilin Ermənistan Müdafiə Nazirliyinə məxsus olduğu aydınlaşıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl eyni yolda erməni əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərinə daşıyan avtobus yanmışdı.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı