Çavuşoğlu: "Əsədlə bir masa arxasında oturmayacağıq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ rəsmisinin "PYD və YPG-yə silah vermirik" açıqlamasına münasibət bildirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Çavuşoğlu ABŞ  da daxil olmaqla koalisiya qüvvələrinin "Fərat qalxanı" əməliyyatına dəstək vermədiyini vurğulayıb: "Çünki ABŞ bu günə qədər PYD və YPG-yə silah verir".

 

Nazir Türkiyə və Rusiyanın təklifi ilə Suriyada atəşkəsin hər an əldə edilə biləcəyini də açıqlayıb. Sülhün atəşkəsdən sonra müzakirə ediləcəyini deyən Türkiyənin baş diplomatı Astanada Suriya prezidenti Bəşər Əsədlə bir masa arxasında oturmayacaqlarını da vurğulayıb. Çavuşoğlu belə bir məsələnin gündəmdə olmadığını və "Hizbullah" da daxil olmaqla bütün xarici qüvvələrin Suriyanı tərk etməsinin vacib olduğunu deyib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv