İstanbulda insanları atəşə tutdular: ölən və yaralananlar var

İstanbulda küçədə insanlara atəş açılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərin Küçükçəkməcə səmtində axşam saatlarında kimliyi bilinməyən bir və ya bir neçə nəfər maşından küçədə olan insanları gülləbaran ediblər.


Ətrafdakılar qaçmağa başlayıb. 21 yaşlı bir gənc ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib, 1 nəfər isə yüngül yaralanıb.


Silahlı hücumun hansı səbəbdən törədildiyi hələ məlum deyil. Polis küçədə olan kameralar vasitəsilə hadisəni törədənin və ya törədənlərin kimliyini araşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv