Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edib

Bu gün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

 

Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Müəllif | Apa.Tv
Vəli Turan