Rusiya Ombudsmanı Xocalı abidəsini ziyarət etdi

Azərbaycanda səfərdə olan Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Onbudsman) Tatyana Mosqalkova Ombudsmanı Bakıda Xocalı abidəsini ziyarət edib.

 

APA-nın məlumatına görə, T.Mosqalkova Xocalı soyqırımı qurbanlarına ehtiramını bildirib, abidə önünə əklil və güllər qoyulub.

 

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilini Azərbaycan Ombudsmanı Elmira Süleymanova müşayiət edib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd