Oğuzda 5 otaqlı ev külə döndü

Oğuzda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 07:50 radələrində Oğuz rayonunun Bucaq kəndində baş verib.

 

Kənd  sakini Allahverdi Tofiq oğlu Məmmədova məxsus, ümumi sahəsi 100 kv. m olan 5 otaqdan ibarət kürsülü fərdi yaşayış evində yanğın olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsindən evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

İlkin ehtimala görə, yanğına səbəb odun sobası olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov