Türk ordusu Əl-Babı belə bombalayır - HADİSƏ YERİNDƏN

Suriyanın şimalındakı Əl-Bab şəhərinin İŞİD terrorçularından azad olunması uğrunda döyüşlər davam edir.

 

APA TV-nin məlumatına görə, türk ordusunun və müxaliflərin birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində terrorçuların şəhərdəki mövqeləri havadan və qurudan vurulur.

 

"İxlas" agentliyi Əl-Babda döyüşlərin gücləndiyi Aqil dağı və xəstəxana bölgəsində İŞİD-i böyük itkilərə məruz qoyan türk ordusunun irəliləyişini göstərən video yayıb. ABŞ liderliyində koalisiya qüvvələrinin dəstək verməməsinə rəğmən, türk hərbçilər və müxaliflər şəhərin terrorçulardan azad olunması əməliyyatını uğurla həyata keçirir. Əməliyyat əlverişsiz hava şəraitinə baxmayaraq, tam sürəti ilə davam edir.

 

Əl-Babın qısa zamanda terrorçulardan tam azad olunacağı gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı