Suriyada tərəflər arasında razılaşdırılmış atəşkəsə nail olundu
Suriyada tərəflər arasında razılaşdırılmış atəşkəsə nail olunub.
APA TV-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, tərəflər Suriyada atəşkəsin əldə olunması üçün danışıqlara hazır olduqlarını açıqlayıblar: "Bir qədər əvvəl belə bir məlumat gəldi ki, bir neçə saat əvvəl bizim yalnız uzun müddətdir gözlədiyimiz yox, həm də üzərində işlədiyimiz hadisə baş verib. 3 sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti ilə silahlı müxalifət arasında ölkədə atəşkəsin əldə edilməsi ilə bağlıdır. İkinci sənəd rejim üzərində atəşkəsin pozulması ilə bağlı kompleks tədbirlər, üçüncü sənəd isə Suriya münaqişəsinin həllinə dair sülh danışıqlarının başlamasına dair bəyanatdır".
Rusiya lideri qeyd edib ki, 3 sənədin qüvvəyə minməsi üçün bütün tədbirlər görülməli, region dövlətləri razılaşmanı və Qazaxıstandakı danışıqları dəstəkləməlidir.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Astanada Suriya ilə bağlı sülh danışıqlarının başlanması ilə bağlı razılığa gəlmişdilər.