Hələb yaxınlığında terror: ölənlər və xeyli sayda yaralı var
Suriyanın şimalında, Hələbin Azez qəsəbəsinin Soran bölgəsində partlayıcı ilə yüklənmiş avtomobil partladılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, xeyli sayda adam yaralanıb.
Partlayış nəticəsində evlərə və avtomobillərə ciddi ziyan dəyib.
Azad Suriya Ordusu Soran bölgəsini oktyabrın 16-da İŞİD terror təşkilatından azad edib.