Rus və türk təyyarələri Əl-Babı bombaladı
Rusiya təyyarələri Suriyanın Əl-Bab şəhərini bombalayıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.
Bildirilir ki, Rusiya hərbi təyyarələri İŞİD hədəflərinə 3 dəfə hava hücumu edib və əməliyyat zamanı 12 terrorçu öldürülüb.
Türk təyyarələrinin Əl-Bab və Daqlabaşda həyata keçirdiyi zərbələr nəticəsində isə aralarında yüksək rütbəlilərin də olduğu 26 terrorçu öldürülüb. Bundan başqa, IŞID-in 13 silah anbarı, 1 zirehli texnikası və 3 bomba yüklü maşını zərərsizləşdirilib.