Partiya sədrləri: "Siyasi partiyalara ayrılan vəsait azdır"

"Dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin həcmi artırılmalıdır". APA TV-nin xəbərinə görə, bunu 2014-cü il dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin komitələrinin birgə iclasında aparılan müzakirə zamanı millət vəkili Sabir Rüstəmxanlı bildirib: “Hər şeydə artım var. Maliyyələşmə başqadır, amma biz gördük ki, nə qədər başqa problem yaranır. Çünki o maliyyə ilə siyasi partiyaları yaşatmaq mümkün deyil. Heç olmasa, onda da 10-15 faiz artım olmalıdır yoxsa, yox?!" 

 

Həmkarı ilə eyni fikirdə olduğunu bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, bu gün siyasi partiyalara ayrılan vəsaitlə partiyanı saxlamaq mümkün deyil. Maliyyə naziri Samir Şərifov isə bildirib ki, siyasi partiyalar onlara bu il ayrılan vəsaitdən tam istifadə etmədiyi üçün nazirlik belə bir addım atıb: “Ona görə də biz hesab edirik ki, 2,5 milyon sizi təmin edəcək. Amma yenə də biz buna baxa bilərik".

 

2014-cü il üçün siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 mln. manat ayrılacaq.

 

Müəllif | Apa.Tv