Qazaxıstanda yaşayış binası uçdu: 9 ölü
Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası uçub.
APA TV-nin Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, insident vilayətin Şaxan qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində 9 nəfər ölüb. Onlardan üçü qadın, üçü kişi, üçü uşaqdır.
Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib ki, hadisə yerinə cəlb edilən xilasedicilər ikisi uşaq olmaqla 4 nəfəri xilas edib. 118 nəfərin yaşadığı binada hadisə vaxtı 30 nəfər olub.
İlkin məlumata görə, binanın uçmasına istixanada baş verən partlayış səbəb olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.