İŞİD Bağdadı qana boyadı: 39 ölü, 57 yaralı
İraq paytaxtında minalanmış avtomobilin partlaması nəticəsində 39 nəfər ölüb, 57 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, bu barədə “Reuters” İraq polisinə istinadən xəbər yayıb.
Polisin məlumatına görə, avtomobilin içərisində quraşdırılan partlayıcı qurğu insanların sıx toplaşdığı meyvə-tərəvəz bazarı və polis məntəqəsinin yaxınlığında partladılıb.
İŞİD Bağdadda baş vermiş dəhşətli partlayışa görə məsuliyyəti üzərinə götürüb.