ABŞ-da əkizlər fərqli illərdə doğuldu - KURYOZ
ABŞ-da Yeni il gecəsi kuryoz hadisə yaşanıb. APA TV-nin "CNN"ə istinadən xəbərinə görə, Arizona ştatının doğum evində əkizlər fərqli vaxtlarda dünyaya gəlib.
Belə ki, əkizlərdən biri, Soyer 31 dekabr yerli vaxtla saat 23:51, Everett isə 1 yanvar saat 00:01 radələrində anadan olub.
Qeyd edək ki, analoji hadisə həmçinin Corciya və Kaliforniya ştatlarında da yaşanıb.