Şirvanda maşın vuran azyaşlının vəziyyəti ağırdır
Şirvanda avtomobil 12 yaşlı uşağı vurub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
Şirvan sakini idarə etdiyi "VAZ 2107" markalı 90 FJ 987 dövlət nişanlı avtomobillə yolu keçən 2005-ci il təvəllüdlü Səttarov Rəsul Elşad oğlunu vurub.
Azyaşlı kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.